Modern.az

Rəqsanə çalır, Samiraldo...

Rəqsanə çalır, Samiraldo...

Mədəni̇yyət

16 İyul 2013, 10:50

Ötən həftə söz verdiyim kimi sizə sənət, mədəniyyət və şou aləmdə baş verənlər haqda basıb-bağlamalıyam. Əslində siz bu yazını dünən oxumalı idiniz.

Mənə görə ötən həftənin hadisəsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin (bu kişinin adını on ildir yazıram, hələ də çaşıram adın axırı “fəz”dir, yoxsa “fəs”) “xalq artisti” adını daşıyanlara təpinməsi idi. Nazir mədəni adamdır, haray-həşir salmadan başa salıb ki, “özünüzü yığışdırın”. Amma kimə deyirsən?!

Dostlar, ondan da dəhşətli hadisə müğənni Rəqsanənin də bu məsələlərə münasibət bildirməsi idi. Rəqsanənin haaa. Allah heç bir bəndəsinə elə bir gün qismət eləməsin ki, Rəqsanə də ona məsləhət verməyə qalxsın. Mənə görə xalq arrtistlərinə ən böyük zərbə Rəqsanənin onların məsələlərinə ağıllı-ağıllı verdiyi cavab idi. İndi deyəcəksiniz Rəqsanədir də, Samiraldo deyil ki. Əşşi nəysə.... Amma deyirəm onu bir həftəlik də olsa, hərbi xidmətə yollasalar, əsgərlər nə kef çəkərlər e. Rus demişkən, “kakraz” “otpravka”dır. Ay kişi, o mənada demirəm. Müğənnidir də, çalar, oxuyar... Bu dəfə də alınmadı. Yəni oxuyub-oynayıb əsgərlərimizin kefini açar.

İki ölkənin xalq artisti və bir çox fəxri tituallarını daşıyan İlhamə Quliyevanın dünənki teledebata Habil Vəliyevi göndərməsi mənimçün hələ də qaranlıqdır. Əvvəla İlhamə xanım qatı YAP-çıdır. İkincisi, Habil Vəliyevin baş redaktoru olduğu “Gündəlik Bakı” qəzeti... Üçüncüsü bu qəzet dəfələrlə “reket” elan olunub. Dördüncüsü, bunları Quliyevaya deyən olmayıbmı? İnanıram ki, olmayıb. “Nazpəri İsa Qəmbərin oğlunun toyunda oxuyubsa, xalq düşmənidir” prinsipiylə yanaşanda İlhamə xanımın reket qəzetin baş reddakktorunu özünə nümayəndə təyin etməyi...

Ötən həftə telekanallar kütləvi istefalarla yadda qaldılar. Ta kimlərin gedib, kimlərin gəldiyini yazmıram.

Hə, yadıdmdan çıxmamış bunu da qeyd edim. Bulvarda təşkil olunmuş konsertdə bir-birini qıran xalq artistlərindən təkcə Brilliant Dadaşova gözə dəydi.

Bircə qaldı yazıya ad qoymaq. Bu dəfə də söz verirəm. Amma bir şərt var - yazımı yaxşı oxusanız...

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var