Modern.az

Yazıçılar Birliyi Hacıbala Abutalıbova sorğu göndərib

Yazıçılar Birliyi Hacıbala Abutalıbova sorğu göndərib

Ədəbi̇yyat

21 Avqust 2013, 09:53

“Yazıçılar Birliyi üçün ayrılan torpaq sahəsinin taleyinin necə olması Birlik rəhbərliyini çox maraqlandırır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinə bu məqsədlə sorğu göndərmişik. Müəyyən sənədlərin qaydaya salınmasında köməklik göstərmələrini xahiş etmişik”. Bunu Modern.az-a AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib.

“Biz bu torpaq sahəsinə gərək elə vaxtında 2009-cü ildə baş qoşaydıq. İndiyə bəlkə də yazıçıların öz maddiyyatı ilə koperativ bina tikə bilərdik.  Yazıçıların çoxunun mənzil şəraitini yaxşılaşdıra bilərdik. Yenə də gec deyil. Sorğular göndərmişik . Bir nəticə əldə edən kimi mətbuata çatdıracayıq”. 

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 23 iyul 2009-cu il tarixli 282 saylı sərəncamına əsasən, Azərbaycan Yazıçılar Birliyinə (AYB) general Şıxlınski küçəsində yaşayış binasının tikintisi üçün əlavə torpaq sahəsi ayrılıb. Lakin 50000 manat dövlət rüsumunu ödəmək və orda mənzillər tikmək imkanı olmadığı üçün yazıçılar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

“İstər yaşlı, istər orta və istərsə də gənc ədəbi nəslə malik yazarların hamısının evə ehtiyacı var. Deyək ki, hansısa yaşlı yazıçı vaxtı ilə özünə kiçik mənzil əldə edə bilib. Amma övladlar böyüyüb, ailə qayğıları artandan sonra o çıxılmaz vəziyyətdə qalır. Nə oğul evləndirə bilir, nə qonaq-qara qəbul edə bilir. Bir növ, yaş ötdükcə həyatın dibinə yuvarlanmaqda davam edir. Orta nəsil arasında da bu problem yaşanır. Onların da övladları böyüyür. Bu onların həyat tərzini bir daha pisləşdirir və onlar bədbin ovqatdan çıxa bilmirlər. Bu da onların yaradıcılığında özünü göstərir. Gənc nəsil yazıçılar da bu problemlə üz-üzədir. Onların da əksəriyyəti evsizlikdən heç evlənə də bilmir. O torpaq sahəsində bina tikilərsə, xeyli yazıçının həyat tərzi yaxşılaşar. Biz bu danışıqların müsbət nəticələnməsinə ümüdliyik. Bunu Yazıçılar Birliyinin rəhbərliyi də çox istəyir“, – deyə Ə.Əsgəroğlu söylədiyinə əlavə edib.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü