Modern.az

Nazpəri Dostəliyeva seçkidə dəstəkləyəcəyi namizədin adını açıqladı - ÖZƏL

Nazpəri Dostəliyeva seçkidə dəstəkləyəcəyi namizədin adını açıqladı - ÖZƏL

Mədəni̇yyət

20 Sentyabr 2013, 15:16


Xalq artisti Nazpəri Dostəliyeva bu il oktyabrın 9-da keçiriləcək prezident seçkisində dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

Sənətçi Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, hazırki prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak edəcək:

“Mən dövlətimizin rəhbəri İlham Əliyev cənablarını dəstəkləyəcəyəm və onun kampaniyasına musiqilərimlə, mahnılarımla dəstək olacağam. Seçkidə ona səs verəcəyəm”.
Qeyd edək ki, bəzi həmkarları Nazpəri Dostəliyevanı müxalifətə simpatiyası olan sənətçi kimi xarakterizə edərək, bir müddət öncə Müsavat başqanı İsa Qəmbərin oğlunun toyunda oxumağını ona irad tuturdular. Hətta həmin hadisədən sonra sənətçinin bəzi telekanallara çıxışına qadağa qoyulduğu barədə söz-söhbət də yayılmışdı.

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı