Modern.az

“Xəzər Lənkəran” Superkubokun sahibi oldu

“Xəzər Lənkəran” Superkubokun sahibi oldu

23 Oktyabr 2013, 17:10


Bu gün Azərbaycan Superkuboku uğrunda final oyunu keçirilib. Modern.az məlumat verir ki, həlledici görüşdə “Neftçi” və “Xəzər Lənkəran” klubları üz-üzə gəlib.

Naxçıvan şəhər stadionunda baş tutan final maçı 2-1 hesabı ilə cənubluların xeyrinə başa çatıb. “Neftçi” komandasının heyətində Kardosun qoluna Lənkəran klubu Etame və Ramaldanovun qolları ilə cavab verib. Qeyd edək ki, indiyə qədər üç dəfə keçirilən Superkubok oyununun qalibi 2 dəfə “Neftçi”, bir dəfə isə “Qarabağ” klubları olub.

Abbas Qəmli
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər