Modern.az

Şərqşünas-alim: “Bunlar hələ nədir ki...”

Şərqşünas-alim: “Bunlar hələ nədir ki...”

Ədəbi̇yyat

23 Noyabr 2013, 15:15

Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar  İnsitutu İranın müxtəlif kitabxanalarından Orta əsrlərə aid olan Azərbaycan şairlərinin Mürtəzəqulu Sultan Şamlunun və Əbdürrəzzaq Dünbilinin əsərlərinin surətini əldə edib.

Qeyd edə ki, bu tapıntılar özü-özlüyündə ədəbi xəzinəmizi genişləndirsə də hələ bir çox dəyərli sərvətlərin xarici ölkələrdə tozlandığını göstərir. İranın Məşhəd şəhərinin Astane-Qüdsi Rəzave kitabxanasından Divanının surəti tapılan Mürtəzəqulu Sultan Şamlu Səfəvi hökmdarı Şah Süleyman taxta çıxarkən qorçubaşı, sonralar Qum şəhərinin hakimi təyin edilib, təxminən 1693-cü ildə vəfat edib. O, şikəstə-nəstəliq xəttinin yaradıcısıdır. Saib Təbrizi “Səfinə” adlı cüngünə onun da şeirlərini daxil edib. Divanın sonunda şairin ana dilli şeirləri də var. Digər müəllif Əbdürrəzzaq Dünbilinin isə “Nigaristani Dara” əsərinin surəti Tehran Universitetindən tapılıb. Modern.az saytı tapılan əlyazmalar və hazırda öz araşdırılmasını gözləyən tarixi materiallar barədə filologiya elmlər doktoru Sənan İbrahimovun İranda Azərbaycana məxsus  çox əsərin olduğunu bildirən şərqşünas aşkarlanan iki müəllifin hələ ki, yaxşı göstərici olmadığını bildirdi: “Tarixi mənbələrdə göstərilir ki, Səfəvilər dövrünün yüzlərlə şairinin əsərləri hələ də bizdə deyil. Onlar İran, Əfqanıstan, digər Şərq ölkələri, eləcə də  Avropanın kitabxanalarında saxlanılır. Məhəmmədli Təbiyyat Orta əsr Azərbaycan ədəbiyyat tarixini təsnif edərkən xeyli şairin adını və əsərlərini qeyd edib. Mən özüm “İran, Əfqanıstan və Pakistan ədəbiyyatı tarixi” əsərimdə də XIV əsrə qədərki şairlərin adını çəkmişəm. Azərbaycanın bir çox şairlərinin əsərlərinin surəti hələ də xarici ölkə kitabxanalarındadır. Başqasını demirəm, elə təkcə Nəsirəddin Tusinin 200-dən çox  kiçik və irihəcimli əsərləri var. Elmin hər sahəsinə aid yazıb. Amma bizə cəmi 3- 4 əsərinin adı məlumdu.  Onun məntiqə, ali riyaziyyata, ədəbiyyatşünaslığa aid nə gözəl əsərləri var. Amma dilimizə təəssüf ki, çox az qismi tərcümə olunub. Səbəbi də odur ki, onunaz əsərlərini aşkarlamışıq“. 

 

 

Elmin Nuri

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü