Modern.az

“Mən prezidentlə görüşərkən deyərdim ki...” - SORĞU

“Mən prezidentlə görüşərkən deyərdim ki...” - SORĞU

Ədəbi̇yyat

26 Noyabr 2013, 11:06

Bu yaxınlarda rus yazıçıları Rusiya prezidenti Vladimir Putinlə görüşüblər. Görüş zamanı yazıçılar bir çox problemləri haqqında prezidentə danışıblar.

Modern.az “Bəs siz Azərbaycan prezidentilə görüşsəniz, hansı problemləri qaldırarsınız?” sualı ilə bir neçə yazıçıya sorğu şəklində müraciət edib.


Deputat-yazar Aqil Abbas
prezidentlə görüşərsə yazıçıların sosial problemlərini qabardacağını düşünür.
“Cənab prezidentlə dəfələrlə görüşmüşəm. Təbii ki, yazıçıların problemi var. Əsasən də sosial sahə ilə bağlı. Prezident açıq, səmimi adamdır. Mən prezidentlə görüşərkən deyərəm ki, jurnalistlərə böyük diqqət göstərdiyiniz kimi yazıçıların da müəyyən sosial problemlərinə diqqət göstərməyinizi xahiş edirəm. Buna baxmayaraq, yazıçılarımız diqqətdən kənarda qalmır. Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir. Digər tərəfdən məndə olan məlumata görə, Şabran ərazisində yazıçılar üçün istirahət mərkəzi tikilir”.


Deputat-şair Sabir Rüstəmxanlı
isə ümumiyyətlə, xüsusi görüşə ehtiyac olmadığını dedi. “O yazıçılar problem qaldırırlar ki, onların başqa vaxt söz demək imkanları yoxdur. Mən partiya rəhbəriyəm. Davamlı olaraq, ölkədəki ictimai-siyasi prosesləri müzakirə edirik. Milli Məclisin deputatı olduğum üçün imkan düşəndə millətimi düşündürən məsələlərlə bağlı fikir yürüdürəm. Hər hansı bir problemi dilə gətirmək üçün xüsusi olaraq o görüşü gözləməyimə ehtiyac yoxdur. Əlimdə qələm var, lazım olanda fikir və düşüncələrimi yazıram və mətbuat vasitəsilə çatdırıram. Ona görə də üzərimdə saxladığım və ancaq görüş vaxtı deyəcəyim problemlər yoxdur”.


Deputat-şair Musa Quliyev(Urud)
yazıçılarla bağlı sualın ona uyğun olmadığını dedi. “Bu sual mənə uyğun deyil. Cənab prezidentlə ayrı cür də görüşürəm. Bütün seçicilərin problemini qaldırıram. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm. Birbaşa Prezidentin partiyasının rəhbəri kimi təmsil olunan adamam”.


AYB katibi, şair Fikrət Qoca
“bu haqda danışmaq çətindir. Əgər görüşsək belə, soruşacağım elə ciddi nəsə yoxdur”, – dedi.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü