Modern.az

Bir ruh gəzdirirəm

Bir ruh gəzdirirəm

11 Yanvar 2014, 11:27

Bir ruh gəzdirirəm içərimdə mən
Körpədir, balaca bir uşaq ruhu
Güllədən bədəni deşik-deşikdir,
Nəfəsi hələ də süd ətri qoxur

Bir ruh gəzdirirəm 13 yaşında,
Bir qızın zorlanmış ruhudur bu ruh
Arzusu, ümidi param-parçadır,
13 yaşındadır, 13 yaşında

Bir ruh gəzdirirəm içərimdə mən,
Ürəyinin başı qübardır, qübar
Oğlunu, qızını çəkdilər dara,
Körpələr yandılar gözü önundə.

Bir ruh gəzdirirəm içərimdə mən
Saçları ağarmış, 80 yaşında
Ömrün son çağında düşmən əlində
Taleyi, qisməti oldu xəbərsiz.

Bir ruh gəzdirirəm içərimdə mən
Əlləri kəsilib, qolu bağlıdır
Sinəsi əzabla doludur, dolu
Ölümün özü də acıyır ona.

Bir ruh gəzdirirəm içərimdə mən
Bir ruh gəzdirirəm,
Xocalı ruhu...
Bir ruh gəzdirirəm
Şuşadır, Laçın,
Xankəndi, Ağdərə,
Cəbrayıl, Ağdam... 
Bir ruh gəzdirirəm,
Qarabağ ruhu...

18 noyabr 2013

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü