Sədayi-musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusi zövq alır arif muğamat olan yerdə.
Əməkdar artist Gülüstan Əliyevanın bu adda konserti Beynəlxalq Muğam Mərkəzində iyunun 1-də olacaq. Modern.az xəbər verir ki, müğənninin ifasında muğam dəsgahı və mahnılar səslənəcək.
Görkəmli muğam ustasını konsertdə Ağacəbrayıl Abbasəliyevin rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Konsert saat 19.00-da başlanır.