Modern.az

Əməkdar jurnalist, şair Tahir Talıblı-66: “Bizi yenə div aparır” - POEZİYA

Əməkdar jurnalist, şair Tahir Talıblı-66: “Bizi yenə div aparır” - POEZİYA

Ədəbi̇yyat

22 Fevral 2014, 12:45
Azərbaycan Dövlət Televiziya və Radiosu “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru, əməkdar jurnalist, şair, publisist, prezident təqaüdçüsü, Tahir Talıblının 66-cı  doğum günüdür.
Modern.az Tahir Talıblının oxucularına doğum günü töhfəsi olaraq bu günlərdə işıq üzü görmüş "Qurdu qəmgin, quşu qərib" kitabından bir neçə şeiri təqdim edir.

QÜRBƏT

Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.

Yanır, yanır...
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.

Gəldi, bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən.?                
2010

*****

Qaşımıznan göz arası
Olumuna, qalımına şükür.
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.

Bizi yenə div aparır,
Nağıllar gəlib aparır
Keflər alladıb aparır
Biz çəkən zülmünə şükür.

Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən
Dəryadan bir qaşıq veribsən
Bir qaşıq elminə şükür.

Taxt yazdığın taxtsız olmur
Baxt yazdığın baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.
2010

***

Gəzirsən təkcə, tənhaca,
Bütün hamılardan uca
Baxışım üstünnən uçar-
Bürüncəyin, şalın olsun.

Neçə dildə adın hallanır
Arxanca kölgələr sallanır.
Gülürsən, yanağın allanır
O allanan xalın olsun.

Şalı çalıb, alı geynirsən,
Gözəlsən, haqqı öynürsən,
Bilmirəm, gecələr neynirsən?
Neynirsən, halalın olsun.

Bilgəh, iyun 2002

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü