Modern.az

Zeynəb Xanlarova Xəzərə yürüş edir

Zeynəb Xanlarova Xəzərə yürüş edir

27 Fevral 2014, 22:46

Xocalının işğal günüdür. Gəlin Xocalıya sülh yürüşü edək! Mayda isə Şuşa əldən gedib. Qarabağa Azadlıq Təşkilatı oyan! Ora da dəysək, pis olmaz. Laçın canımız, ciyərimiz. Eşitsə ki, Şuşaya gəlib onu ziyarət etməmişik, inciyər. Bütün bunlardan sonra bütün Qarabağ, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Qubadlı nə düşünər? Biz yaddan çıxmışıq deyə gileylənməzmi?
Bu günlərdə Xəzər də başlayıb gileylənməyə. Deputat Zeynəb Xanlarovanın şəxsində dilə gəlib. Təbriz isə bütün bunları görüb mumlayıb. Danışmağa utanır. Deyir ki, yürüş edəndə Qabilin 1960-cı ildə yazdığı “Astara yolları” şeirini oxuya-oxuya addımlasınlar.



Çox iti sürməyin nə mənası var,
Çox da uzun deyil, axı, bu yollar,
Masallı, Lənkəran, bir də Astara...
Hara tələsirsən, əzizim, hara?!

Astaraya çatdın, dayanacaqsan,
Həsrətlə o taya boylanacaqsan.
Ortada bir çay var, bir də körpü var,
Bir də uca-uca taxta hasarlar...

İndi boylanmaq da olmaz, tələsmə!
Yavaş sür, yavaş sür, bir az, tələsmə!
Maşını yana ver, bir düş bəri gəl.
Astara yolları gözəldir, gözəl!

Sağ meşə, sol meşə, üfüqdə dağlar,
Quşların nəğməsi çay kimi çağlar,
Qışda qonaq gəlib ilk bahar bura,
Sərilib yamyaşıl xalılar bura.

Qabağa tələsmə, qabaqda nə var?!
Sonu görünməyən bir həsrət, qübar,
Vüsala ümidli Azərbaycanım...
Bu tayda ürəyim, o tayda canım.

Sürmək istəyirsən? Yox, yox, düzəlməz!
Nə təkər, qanad da haraya gəlməz.
Meşələr uc-uca calanıb gedir,
Astara yolları uzanıb gedir
Təbrizə birbaş.
Geri dönməliyik biz isə, qardaş!

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü