Modern.az

Yazıçılar Birliyi istefasına peşman olmuş yazara qucaq açmağa hazırdır

Yazıçılar Birliyi istefasına peşman olmuş yazara qucaq açmağa hazırdır

Ədəbi̇yyat

14 Mart 2014, 13:57

“Azərbaycan Yazıçılar Birliyi bu günə qədər heç kimə qarşı düşmən mövqe seçməyib. Birlikdən ayrılmaq da, etiraf olunduğu kimi, başqalarının sözüylə oturub-durmanın nəticəsidir. AYB-nin qapısı hər kəsin, o cümlədən istefa verəndən sonra peşman olan şəxslərin üzünə açıqdır”.

Bunu Modern.az-a açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. O, gənc yazar Ayxan Ayvazın bağışlanması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, A. Ayxanın  bağışlanılması və geri qəbul olunması ilə bağlı məsələyə baxıla bilər. “Həmin yazar mətbuata açıqlama verib. Rəsmi olaraq belə müraciət eləsə, Katibliyin iclasında bu məsələyə baxılacaq. Çox böyük ehtimal ki, müsbət qarşılanacaq”.

Qeyd edək ki, keçən il AYB sıralarını tərk edən A. Ayvaz bu addımının səhv olduğunu bildirib və bağışlanılmasını istəyib: “Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk etməyimlə bağlı bəyanat verməyim tamamilə emosional bir addım idi. Mən ərizə ilə müraciət etməmişdim. Bunu sadəcə, mətbuat üçün demişdim. Etdiyim hərəkətin yanlış olduğunu başa düşür, AYB rəhbərliyindən və şəxsən Anar müəllimdən üzr istəyirəm. Hər insanın həyatında belə səhvlər ola bilər. Mən ümid edirəm ki, məni bağışlayacaqlar”.

 Ayxan Ayvaz qeyd edib ki, bu qərarı verərkən düşünməyib və verdiyi qərarın nə qədər məsuliyyətli olduğunun fərqinə varmayıb: “Hər insanın həyatında belə səhvlər ola bilər. Mən ümid edirəm ki, məni bağışlayacaqlar”. Sonda qeyd edək ki, A. Ayxan hazırda həqiqi hərbi xidmətdədir.       

Misranə Həsənzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü