21 iyul 2018, Şənbə
Ana Səhifə - MEDİA - Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi - FOTOLAR
Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi - FOTOLAR
26.06.2018, 10:21

Hərbi operator Seyidağa Mövsümlü kim idi...


Millətin yolunda özünü fəda etmək qədər şərəfli bir ömür yaşamaq elə asan deyil. Hər millətin sağlamlığı və gücü onun fərdlərindədir. Sağlam və əqidəli fərdlərdən güclü, cəsarətli millət formalaşar. Böyük  ideoloq, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə yazırdı: ”Ah...nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!” (Bax: ”İrşad”qəzeti, 15 aprel 1908-ci il,No-51)


Bu insanı görənlər bəlkə də fərqinə varmırdılar ki, o şəxs yaxın tariximizin canlı bir salnaməçidir və o adi bir ömür  yaşamayıb.

    
Əslində onun haqqında yazmaq elə  asan da deyil. Hələ 60 illik yubileyi (onun doğum tarixi 1 avqust 1954-cü ildir) ötüb keçəndə o, heç kimə bu məlumatı ötürmədi. Bəzi dostlarımızın yoluxduğu “yubiley xəstəliyindən“ uzaq olan bu insanı həmin hadisədə çoxları yada salmadı. (Nə hərbçi dostlarımız, nə jurnalistlərimiz, nə hər hadisəyə “diqqətli” mətbuatımız, nə də  jurnalist təşkilatlarımız). Mən bu cəhdi etmək istəyəndə isə qətiyyən razılaşmadı və bu sözləri dedi:”Mən kiməm ki? Axı nə etmişəm ki? Siz şəhidlərdən, Milli qəhrəmanlardan yazın. Əsl qəhrəman onlardır”.

   

Bizim Seyidağa Mövsümlü ilə tanışlığımızın tarixi 1988-ci ildən başlayır. O zaman Azərbaycan cəmiyyətində ciddi hadisələr baş verirdi: sovet rejiminin  eybəcərlikləri üzə çıxır, arxivlər açılır, adının çəkilməsi qadağan edilmiş şəxsiyyətlər ciddi təbliğ edilirdi. Azərbaycan televiziyasında efirə gedən “Dalğa” verilişinin ardınca “Çay dəstgahı” da tamaşaçıların böyük marağına səbəb olurdu. Tələbəlik illərini yeni başa vurduqdan sonra burada hazırladığım süjetlərə ciddi maraq göstərənlərdən biri operator Seyidağa Mövsümlü idi. Xatırlayıram ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı ilk dəfə çəkib efirə verdim və bu tamaşaçıların böyük marağına səbəb oldu. Seyidağa isə bu çəkilişdən sonra əsl sayğı və dostluq münasibətini hiss etdirdi. Bu səmimi  münasibətimiz sonralar daha da  möhkəmləndi. Və hər ikimiz könüllü olaraq Azərbaycan ordusunda xidmətə başladıq. O, hərbi operator kimi, mən isə “Azərbaycan ordusu”nun baş redaktoru kimi. Müdafiə Nazirliyində binaların birində  5-ci mərtəbədə üzbəüz otaqlarda əyləşirdik. Və onunla tez-tez “dərdləşirdik”. Hər ikimiz getdikcə bir qənaətə gəlirdik: “Sanki Müdafiə Nazirliyinin rəhbərliyi və aparatı bir sistemdir, bölgələrdə döyüşən əsgərlərimiz, ordumuz ayrı bir sistem”. Baş verən hadisələrdən həmişə narazı qalan, gərgin hisslər yaşayan Seyidağa o zamanki prezident rəhmətlik Əbülfəz Elçibəyə işarə ilə deyirdi: “Bəyə bunları niyə çatdırmırsan?”.

Onun keçdiyi ömür yoluna diqqət edək. Seyidağa bir peşəkar operator kimi uzun müddət çalışıb və formalaşıb. Bakıdakı Dəmiryolu Texnikumunu bitirdikdən sonra 1970-ci  ildən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində  fəaliyyətə başlayıb. Bir müddət sonra Moskvada Ümumittifaq Teleradio İnstitutunun teleoperator kursunu bitirib.

 
 
1988-ci ildə Azərbaycanda başlanan Milli-azadlıq  hərəkatının salnaməsini də yaratmağa başlayanlardan biri Seyidağa bəy oldu. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə “Azərbaycanfilm” kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə “Abşeron” mehmanxanasının  damına  qoyulmuş kameralarla Azadlıq meydanında  baş verən hadisələri də çəkdilər. Sovet tanklarının köməyi ilə əhalini ordan qovduqdan  sonra isə əsgər və zabitlər mehmanxanaya  girib çəkiliş kasetlərini almaq istədilər. Lakin oradakı insanların fədakarlığı ilə  Seyidağanın və dostlarının çəkdiyi kasetləri gizlədib aradan çıxarmaq mümkün oldu.

    
Seyidağanın həyatında unudulmaz hadisələrdən biri də 20 Yanvardır. Azərbaycan xalqının tarixində önəmli bir günə çevrilən bu qanlı gecədə 100-dən çox günahsız insanımız həlak oldu. 1990-cı ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi idi. Axşam saat 8-ə 10-15 dəqiqə işləmiş Moskvanın xüsusi kəşfiyyat orqanlarının köməyi ilə televiziyanın enerji bloku partladıldı. Rus əsgərləri isə giriş və çıxışı bağladılar. Sonra hadisə yerinə dövlət rəsmiləri gəldi. Həmin günü gecə təxminən 1-ə işləmiş dinc insanlara güllələr atıldı. Bu hadisələrin efir vasitəsilə ictimaiyyətə çatdırılmasında Seyidağanın böyük rolu oldu. Radionun enerji bloku partladılmadığından efirə çıxmaq mümkün idi. O, operator assisenti Azər Muradovla efirə çıxdı və “Mayak”ın dalğası ilə bu qanlı hadisə haqqında  məlumatı ictimaiyyətə çatdırdı (O zaman Seyidağa bu cəsarəti göstərəndə televiziyada çalışanların çoxu hələ günortadan ehtiyatlanaraq çıxıb evinə getmişdi).
Bir qədər sonra  silahlı əsgərlər Seyidağanı və digərlərini gəlib həbs etdilər. Səhər saat 5-6 radələrində general Dubinyak  və general Ovçinnikov gəlib oraya çıxdılar.

    
20 Yanvar hadisələrini çəkmək elə asan olmadı. Yanvarın 18, 19 və 20-də televiziyanın telekameralar olan otağı bağlı idi (bu qəsdən və bilərəkdən edilmişdi). Çətinliklə bir kamera tapdıqdan sonra çəkilişlər aparıldı. Həmin kasetlərin çoxu o zaman C.Cabbarlı adına kinostudiyanın direktoru R.Fətəliyevə verildi. Çünki R.Fətəliyev 20 Yanvar  hadisələri  haqqında film hazırlayırdı. Həmin hadisələrdə şair Bəxtiyar Vahabzadənin bir cəsarəti də onun yadındadır. Ağır bir iztirab içində, doluxsunmuş halda televiziyanın həyətinə daxil olan xalq şairi Bəxtiyar Vahabzadə erməni kapitanın müşayiəti ilə oraya yaxınlaşan general Ovçinnikovun birbaşa üzünə tüpürüb ona nifrətini bildirdi. Qəzəblənmiş generala o adamın xalq şairi və deputat olduğu söyləndikdə demişdi: “Esli on bıl bı druqim, ya bı eqo srazu zastrelil!”. ("əgər o başqası olsaydı, onu yerindəcə güllələyərdim!").

 

Yanvarın 21-də Azərbaycan Ali Sovetinin fövqaladə sessiyasını çəkmək də ciddi problemə çevrildi. Ali Sovetin qapılarında dayanan əli silahlı rus əsgərləri çəkilişə  imkan vermirdilər. Seyidağa xalq artisti Zeynəb Xanlarovaya müraciət etdi. Zeynəb xanım heç tərəddüd etmədən  sürücü ilə kameranı göndərdi. Lakin daha peşəkar kameraya ehtiyac vardı. Böyük çətinliklə televiziyanın montaj otağına arxa qapıdan daxil olub kameranı (TJK-nı) götürə bildilər. Həmin tarixi iclası isə şair B.Vahabzadə və xalq yazıçısı İ.Şıxlı aparırdı. Müğənni Lütfiyar İmanov da çox cəsarətli çıxış etdi orada.


Yanvarın 22-də isə şəhidlərin dəfn mərasimi keçirildi. O hadisəni çəkib tarixə köçürən operatorlardan biri də Seyidağa oldu.

  

Yanvarın 24-dən 25-nə keçən gecə isə sovet  hərbçiləri Seyidağanı tutmaq, ondakı kasetləri almaq istədilər. Bu dəfə isə rejissor Vasif Babayevin (onu döyərək tutub aparmışdılar) evindən zəng edib məlumat verdilər ki, hədəfdə indi də sənsən, ehtiyatlı ol! Gecə vaxtı Seyidağa ailəsi ilə (iki körpə uşağı ilə birgə) kasetləri də götürüb Buzovnaya getdi. Hərbçilər isə gəlib onun qapısını bağlı gördülər. Qonçulardan soruşsalar da onun harada olduğunu kimsə  deməmişdi.

    
20 Yanvar hadisələri haqqında çəkilən “Qara Yanvar” filmini Moskvaya-SSRİ Ali Sovetinin toplantısına aparmaq da problemə çevriləndə Seyidağa dostları Nizami Abbas və Tofiqlə paytaxt şəhərə uçdular. Moskvada azərbaycanlı deputatların və rus ictimaiyyəti nümayəndələrinin iştirakı ilə həmin filmi nümayiş etdirdilər.

   

Bu fədakarlığı isə ona ağır başa gəldi. Bakıya qayıdanda artıq onu işdən çıxarmışdılar. Üç aylıq işsizlikdən sonra Ali Sovetin sədri Elmira Qafarovanın köməyi ilə işə bərpa olundu.

   
Seyidağanın vətənpərvərlik hissləri onu rahat buraxmırdı. Ermənilərin törətdiyi faciələr, torpaqlarımızı işğal etməsi onu döyüşə səsləyirdi. Elə bu hisslərin təsiri altında o, 1991-ci ilin sonunda könüllü olaraq orduya getmək üçün Binəqədi Rayon Hərbi Komissarlığına müraciət etdi. Onu Şıxov briqadasına yazdılar. 1991-ci ilin dekabrın 18-də o, əsgər dostları ilə birgə “Dönmərik biz, dönmərik” marşını  oxuyaraq Prezident Aparatı binasının  qarşısından keçib Şəhidlər xiyabanına gəldilər və burada təntənəli andiçmə mərasimi oldu.

     
Həmin vaxt Şuşaya getmək üçün 24 nəfərlik bir tağım-dəstə formalaşdırıldı. (Əslində bununla da sonralar adına şeirlər yazılan, mahnılar qoşulan “Birinci batolyon” yarandı. Həmin mahnının müəllifi  şair - bəstəkar Şahin Musaoğlu, ifaçısı isı Şəmistan Əlizamanlı idi).



 1991-ci ilin dekabrın 9-da onlar Şuşada oldu. Yerli əhali bu cəsarətli vətən oğullarını sevinclə, göz yaşları iıə qarşıladı. 


Bir haşiyə: o dövrdən  çox illər ötəndən sonra Seyidağa  həmin  hadisəni doluxsunmuş, ağır qəhər boğuntuları içində danışırdı  mənə. O hadisədən düz 23 il sonra.

     
Daşaltı və “Zapravka”istiqamətində ağır döyüşlər oldu ermənilərlə. Kərkicahanda baş verən döyüşlərin birində Seyidağa ayağından yaralandı. Onu əvvəlcə Şuşa xəstəxanasına, ordan isə vertolyotla  Bakıya-xəstəxanaya çatdırdılar.

   
1992-ci ilin fevralın 19-da Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru kimi işə başladı. Həmin ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqrımı baş verdi. Ağdamdan hadisə haqqında ilk məlumatlar daxil oldu. Təcili hadisə yerinə getmək, çəkiliş aparmaq lazım idi. Bu zaman millət vəkili Etibar Məmmədovla əlaqə saxlanıldı və o özünün “Soni”  kamerasını Seyidağaya verdi (qeyd edim ki, həmin kamera hazırda “İstiqlal” muzeyində qorunub saxlanılır).

Fevralın 26-da Seyidağa Ağdama getdi. Özünümüdafiə batolyonunun komandiri Allahverdi Bağırovla görüşdü. Onun vasitəsilə eləcə də meyitləri çıxarmaq üçün erməni hərbçilərinin komandiri Vitaliklə əlaqə saxlanıldı. Razılıq əldə edildikdən sonra Ağdamdan Əsgərana getdilər. Vitalik isə Allahverdiyə bildirirdi ki, bu hadisəni ermənilər yox, 366-cı alay törədib. Seyidağa Əsgəranda, Naxçıvanikdə ilk çəkilişlər apardı. Bu onun həyatının ən ağır məqamlarından idi.  Erməni silahlılarının nəzarəti altında qətlə yetirilmiş həmvətənlərinin faciəli görüntülərini lentə almaq  həqiqətən dözülməz idi! Lakin o bu dərdə dözüb və XX əsrin unudulmaz bir qətliamını lentə köçürdü. Bunları o dünyaya sübut etmək və gələcək nəsillərə çatdırmaq üçün edirdi. Özü belə danışırdı: “Meyitlərə baxanda ağlamaq istəyirdim. Lakin arxadan gələn erməniləri görüb dözürdüm”.

   
Seyidağa Xocalı soyqrımı ilə bağlı fevralın 26-da  çəkdiyi kaseti AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova versə də, lakin bunu göstərmək mümükün olmamışdı. Milli Qəhrəman Çingiz Mustafayev isə həmin hadisəni  Seyidağadan 2 gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu həmin hadisə haqqında ilk film idi (qeyd edim ki, həmin hadisə haqqında  ilk tarixi-publisistik kitabı 1992-ci ilin mart ayında bu sətirlərin müəllifi hadisə yerinə gedərək  yazıb və 30 min tirajla “Azərbaycan” nəşriyyatında nəşr etdirib. Bax: N.Yaqublu. ”Xocalı Qırğını”. Bakı,1992.).

    

1993-cü ilin iyulun 12-də Müdafiə Nazirliyində sənədli filmlər kinotelestudiyası yaradıldı. Bu zaman studiyanın arxivində 400-ə qədər videokaset, minlərlə fotoşəkil, çoxlu kino lenti toplanmışdı. Qısa bir zamanda Seyidağanın başçılıq etdiyi studiyada “Qan yaddaşı”, “Azadlıq ordusu”, “Səməd bəy Mehmandarov”, “Xocalı əsrin faciəsi”, “Sərkərdə”kimi sənədli filmlər yaradıldı.

    
Yenə Seyidağanın ümumi rəhbərliyi ilə “And” hərbi verilişi hazırlanıb Azərbaycan televiziyası ilə ictimaiyyətə çatdırılırdı. O, bu proqram vasitəsilə ilə də çalışırdı ki, insanlarımız vətəni sevsin, onun keşiyində dayansın, ordumuza ürəkdən bağlı olsun, ən yaxın tariximizdə baş verənləri unutmasın.

    
Tanınmış hərbi operator Seyidağa Mövsümlü haqqında çoxlu xoş sözlər yazmaq mümkündür. Orden, medal almaq hisslərindən  uzaq olan, Vətənə təmənnasız xidmət göstərmiş bu insan ən yüksək mükafatlara layiq deyildimi? Ordeni, medalı, mükafatı niyə ancaq şairə, müğənniyə verək? Niyə həqiqi xidməti olmuş fədakarlarımızı zamanında və sağlığında dəyərləndirməyək? 

    
Yazımın sonunda isə böyük mütəfəkkir Əhməd Ağaoğlunun mətbuatımızn banisi Həsən bəy Zərdabinin dəfn  mərasimində söylədiyi bir fikirlə yekunlaşdırıram. Əhməd bəy çıxışında “ulu babalarımızın bizə heç bir irs qoyub getmədiyindən” və “avamlıq, cəhalət, gerilik dolu bir mühitdə yaşamaq” məcburiyyətindən şikayətlənirdi. 60 illik yubileyi unudulan, yada düşməyən Qarabağ müharibəsi qəhrəmanı Seyidağa Mövsümlü isə əsla narazı deyildi. Səbəbi odur  ki, millətinə, xalqına, təmənnasız  xidmət edib, bu yolda ağır və şərəfli bir tarixin salnaməçisinə çevrilib,gələcək nəsillərə zəngin irs qoyub!



Nəsiman Yaqublu,   
Tarix elmləri doktoru


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO
21.07.2018, 00:58

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA
21.07.2018, 00:44

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB
21.07.2018, 00:31

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
20.07.2018, 19:27

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı

Erməni çağırışçılar kütləvi dava saldılar
20.07.2018, 19:22

Erməni çağırışçılar kütləvi dava saldılar

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
20.07.2018, 19:09

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR
20.07.2018, 19:00

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar
20.07.2018, 18:49

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub
20.07.2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Prezident Belçika Kralını təbrik edib
20.07.2018, 18:15

Prezident Belçika Kralını təbrik edib

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi
20.07.2018, 18:12

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”
20.07.2018, 17:48

700 bal toplayan abituriyent: “Həyəcandan əllərim əsir, ürəyim döyünür”

Ermənistanda xarici diplomatın evi yarıldı
20.07.2018, 17:46

Ermənistanda xarici diplomatın evi yarıldı

ARXİV