Modern.az

Bakı Zooparkında heyvanlara “aclıq günü” elan edilib - REPORTAJ

Bakı Zooparkında heyvanlara “aclıq günü” elan edilib - REPORTAJ

Reportaj

27 Oktyabr 2015, 11:43


Bakı Zooloji Parkı paytaxt sakinləri üçün maraqlı məkan sayılsa da, nədənsə bura baxmağa gələnlərin sayı ilə bağlı həmişə giley-güzar səsləndirlir. Zooparkın direktoru Azər Hüseynov Modern.az-ın əməkdaşı ilə söhbətdə ziyarətçi azlığından narazılığını gizlətmədi.

O, heyvanların qidalanması ilə bağlı maraqlı məlumatlar da açıqladı.

”Heyvanların qidalanması yay və qış aylarında fərqli olur. Yırtıcı heyvanlar olan pələng və şirlərə hər gün 8-10 kiloqram ət verilir. Həmin ət müqavilə əsasında mal əti, at əti olur. Bunlar əsasən Ağdam Atçılıq Sovxozundan çıxdaş olunmuş heyvanların əti olur. Bəzən isə bəzi insanlar könülllü şəkildə saxlaya bilmədikləri xəstə heyvanları ətlik olaraq bizə verirlər. Bəzən də baytarlıq idarəsi tərəfindən müsadirə olunan,  yəni mənşəyi məlum olmmayan, amma heyvanların qidalanmasına uyğun olan ətlər də verilir.  Ətlər baytarlıq idarəsində laborotor yoxlamadan keçdikdən və müsbət rəy aldıqdan sonra heyvanlara yedizdirilir”.

Azər Hüseynovun sözlərinə görə, zooparkda saxlanılan leopard və yaquar gündə 5 kiloqram, canavarlar 3, tülkülər isə 1 kiloqram 500 qram ət yeyir.

“Yemək səhər saat 9-10 arası, yəni təmizlik işləri görüldükdən sonra verilir. Yırtıcı heyvanlara həftənin 1-ci günü yem verilmir. Çünki həmin gün “aclıq günü”dür. Birinci gün onların pəhriz günü hesab olunur. Heyvanlarla bağlı profilaktiki olaraq yaz və yay aylarında dizinfeksiya işləri aparılır. Onlara baytarlıq qulluğu gğstəırilir, gənədən mühafizəsi, birə basmaması və orqanizmlərinə qurd düşməməsi əleyhinə dərmanlar verilir, iynələr vurulur. Canavarlara, tülkülərə quduzluğa qarşı peyvəndlər də vurulur”.

Direktor paytaxt sakinlərinin zooparka maraq göstərməmələrindən və bura az-az gəlmələrindən də şikayətləndi.

Qeyd edək ki, Bakı Zooloji Parkının ərazisi 2.5 hektardır,  əlavə olaraq isə zooparkın hələlik istifadə edilməyən 2 hektarlıq sahəsi də var. Zooparkda 168 növ heyvan, quş, sürünən və balıq saxlanılır. Heyvanat parkı 1942-ci ildə yaradılıb.













Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü