Modern.az

“Lider” TV-nin sabiq əməkdaşı: “Kimsə şərəfsizlik edəcək, biz də arvad-uşaqla oturub ona baxmalıyıq?”

“Lider” TV-nin sabiq əməkdaşı: “Kimsə şərəfsizlik edəcək, biz də arvad-uşaqla oturub ona baxmalıyıq?”

Media

6 Noyabr 2010, 13:42

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla bağlı açıq –saçıq səhnələrlə zəngin qalmaqallı vodeosəhnənin efirə verilməsinə etiraz əlaməti olaraq “Lider” TV-ni tərk etmiş hərbi proqramın keçmiş aparıcısı Emin Əhmədov Modern.az-a ünvanladığı müraciətində mövqeyini açıqlayıb.

Saytımızda özü haqqında dərc olunan yazıya verilən şərhləri izlədiyini deyən Emin Əhmədov bildirib ki, onun guya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla bağlı pornosəhnənin efirdə səsləndirilməsi ilə bağlı işdən çıxması həqiqətə uyğun deyil.

“ Mənim etirazım ailələrimizə belə açıq-saçıq görüntülərin yayımlanmasına olub. Deməli kimsə şərəfsizlik edəcək, biz də arvad-uşaqla oturub ona baxmalıyıq?”-deyə E. Əhmədov qeyd edib.

“Lider”in keçmiş əməkdaşı bildirib ki, o hansı mətni oxuduğunun fərqində olub.

“Mən yaxşı bilirdim ki, nə barədə mətn oxuyuram. Amma mən fikirləşdim ki, hazırlanacaq bu süjet 8 gün əvvəl baş vermiş qalmaqal barədə üstüörtülü ifadələrlə efirə veriləcək və vətəndaşlar söhbətin nədən getdiyini təxmin edəcəklər. Lakin sonradan bildim ki, əvvəlcədən səsim yazdırılan mətnə bol-bol intim səhnələr əlavə edilib və tamaşaçılara təqdim edilib. Ona mane olmaq artıq gec idi”-deyə E.Əhmədov qeyd edib. 

Keçmiş aparıcı deyib ki, özünün 31 yaşına qədər qoruduğu idealları heç bir pula satmaq fikrində deyil. “Kimsə hər şeyi pula satır və güman edir ki hamı onun kimidir. Bədbəxtçiliyimiz elə budur”-deyə o sonda vurğulayıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü