Modern.az

Roma Papasının taleyini həll edən ilk məhəbbəti - FOTOLAR

Roma Papasının taleyini həll edən ilk məhəbbəti - FOTOLAR

4 Noyabr 2015, 11:06

Sevgilisindən “yox” cavabı alan Fransisk sonradan keşiş olub


Modern.az
  saytı “İlk məhəbbət” layihəsində bu dəfə 266-cı Roma Papası seçilən Fransiskdən bəhs edəcək.

2013-cü il fevralın 13-də yeni Roma Papasının seçilməsi dünya kütləvi informasiya vasitələri üçün bir neçə həftə ən başlıca hadisəyə çevrilmişdi. Bu məqamdan istifadə edən Xorxe Mario Berqolyonun (sonradan Fransisk adını götürüb) sinif yoldaşları, müəllimləri, həmkarları məmnuniyyətlə müsahibə verir və gələcək pontifikin gənclik illərindən danışırdılar.

Bunların içərisində o zaman Buenos-Ayresdən olan 77 yaşlı pensiyaçı Amaliya Diamontenin xatirələri xüsusi maraq doğurmuşdu. Məhz həmin qadın Papa Fransiskin ilk məhəbbətidir və məhz onun təsiri nəticəsində o zamankı gənc Xorxe keşiş olmaq üçün seminariyada təhsil almağa yollanıb.

İlk sevgi məktubu



Amaliya və Xorxe uşaqlıqda dost olublar. 1940-cı ilin axırlarında, gələcək pontifikin cəmi 12 yaşı olanda, o, qıza ilk sevgi məktubunu yazır.

“O, arxamca dolaşırdı. Buones-Ayresdəki sakit rayonların birində biz küçədə birlikdə oynayırdıq”, - Amaliya Diamonte xatırlayır.

İndiki Roma Papasının ilk məhəbbətinin sözlərinə görə, Xorxe yazdığı məktublarda onunla nə zamansa evlənmək istəyində olduğunu yazırdı: “Bəyan edirdi ki, əgər “bəli” deməsəm, o, keşiş olacaq”.

Xorxe Berqalyo kasıb miqrantın oğlu idi. O, qıza ünvanladığı məktublarından birində yaraşıqlı damı olan kiçik ağ ev şəkli çəkib və yazıb ki, məhz buna bənzəyən evi, nəhayət onlar bir yerdə olanda alacaq. Ancaq qızın valideynləri bu münasibətin əleyhinə çıxıblar. Onlar istəməyiblər ki, qızları həyatını kasıb miqrantla birləşdirsin. Amaliyanın valideynləri o qədər qəzəbləniblər ki, hətta Xorxenin məktubunu parça-aprça ediblər. Nəticədə Berqolya sevgilisinə “yox” cavabı verib, bu səbəbdən indiki pontifikin həyatı kökündən dəyişib.  

O, sözünün üstündə duraraq  “yox” cavabı alandan sonra Buones-Ayresdəki Villa seminariyasında oxumağa gedib. Xorxe 1958-ci il martın 11-də yezuit rahibi ordeni alıb. Yezuit katolik kilsəsində ən nüfuzlu rahib ordenidir. Onun sevgilisi də xoşbəxt uşaqlıqlarını keçirdikləri rayonu tərk edib. 

Fransisk 1936-cı il dekabrın 17-də Argentinanın Buones-Ayres şəhərində İtaliyadan olan miqrant ailəsində doğulub. Texnik və kimyaçı diplomunu alıb.

Xorxenin Roma Papası seçildiyi gün...



Amaliya isə bu rayondan çıxıb gedir. O, həmin mahala valideynləri dünyalarını dəyişəndən sonra qayıdır. Bu zaman qız Xorxe Berqalyonun katolik keşişi olduğunu öyrənir. O, hətta istəyir ki, keşiş qadının toyunda şahidlik etsin, ancaq bu baş vermir.

“Mən televizor qarşısında sözün əsl mənasında donub qaldım. İnanmaq istəmirdim ki, Xorxe Papa olub”, - qadın Xorxelyonun Roma Papası seçilməsi haqda xəbəri şərh edəndə belə deyib. O, hətta etiraf edib ki, az qala ürəyi getsin.

Roma taxt-tacını ilk dəfə əslən Latın Amerikasından olan şəxs tutub.  O, Buenos-Ayresin yepiskopu olub, bir otaqlı mənzildə yaşayıb və metro ilə hərəkət edib. Katolik kilsəsinin rəhbəri olmaq şansı əldə edən Fransisk Vatikana bir çemodanla gəlib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü