Modern.az

“Hizbullah” lideri onu yaralayan ermənidən DANIŞDI: “Qarşıma çıxsa...”

“Hizbullah” lideri onu yaralayan ermənidən DANIŞDI: “Qarşıma çıxsa...”

Reportaj

17 Noyabr 2015, 14:05

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah Livan televiziyalarından birinə müsahibəsi zamanı ilk çapıq izini erməni uşaqla dava zamanı aldığını deyib.

Modern.az xəbər verir ki, “Hizbullah” lideri uşaq yaşlarında tanımadığı erməni həmyaşıdı ilə mübahisə zamanı başından daşla zərbə aldığını bildirib. O, bu hadisədən sonra qalan çapığı “erməni çapığı” adlandırdığını deyib.  

“Hansısa erməni ilə rastlaşan zaman ona çapıq yerini göstərirəm və “Baxın, bu mənə sizdən iz qalıb”- deyə zarafatca deyirəm”. 

Həsən Nəsrullah tez-tez ona xəsarət yetirən erməni uşağını xatırladığını və onunla qarşılaşarsa, “Hizbullah”a üzv olmasını təklif edəcəyini deyir.  

Şeyx Həsən Nəsrullah 1960-cı ildə Beyrutun əsasən ermənilər yaşayan “Burc-Hammud” məhəlləsində anadan olub.    

Vüqar İsmayılov         

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü