Modern.az

Kooperasiya Universitetində imtahanların gedişi izlənildi, tələbələr razılıq etdilər - FOTOLAR

Kooperasiya Universitetində imtahanların gedişi izlənildi, tələbələr razılıq etdilər - FOTOLAR

Reportaj

15 Yanvar 2016, 18:48


Təhsil insan həyatının əvəzedilməz, mütərəqqi və ən lazımlı elementidir. Azərbaycanın təhsil məkanında bu gün dövlət universitetləri ilə yanaşı, xeyli özəl ali məktəb də fəaliyyət göstərir. Belə ali təhsil ocaqlarından biri də Azərbaycan Kooperasiya Universitetidir.

2015-2016-cı tədris ilinin ilk imtahan sessiyaları artıq Azərbaycanın bütün universitetlərdə başlayıb. Keçirilən imtahanların gedişini və obyektivliyini izləmək üçün “Akademi Group” xaricdə təhsil mərkəzinin təsisçilərindən və Azərbaycan Təhsil Cəmiyyətinin üzvü olan Razi Vəliyev, “Zirvə” Hazırlıq Kurslarının həmtəsisçilərindən Ceyhun Musayev Azərbaycan Kooperasiya Universitetinə baş çəkib.Modern.az saytının əməkdaşı da prosesi izləyənlər arasında olub.

Universitetin tədris işləri üzrə prorektoru, dosent  Fikrət Quliyev, rektorun müşaviri Qara Allahverdiyev imtahanları müşahidə etmək üçün gələn qonaqları auditoriyalarla yaxından tanış ediblər.

Tədris işləri üzrə prorektor Fikrət Quliyev bizimlə söhbətimiz universitetdə imtahanların keçirilməsi proseduru haqqında danışdı:

“Universitetimizdə 2015-2016-cı tədris ilində payız imtahan sessiyasının keçirilməsi ilə əlaqədar onu qeyd etmək istərdim ki, bütün ali təhsil müəssisələrində olduğu kimi, bizdə də tədrisin təşkili və imtahanların keçirilməsi, ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində kredit sisteminə əsaslanır. Təbii ki, imtahanlarda uğur əldə etmək üçün ciddi hazırlıq tələb olunur. Bizdə də universitet rəhbərliyinin göstərişi ilə hər fakültənin fənlərinin ayrıca imtahan cədvəli tərtib olunub. İmtahan cədvəllərinə uyğun olaraq imtahanların saatları təyin olunur və həyata keçirilir. İmtahanlar zamanı obyektivliyin və şəffaflığın təmin olunması üçün auditoriyalardan ixtisas fənn müəllimləri ilə yanaşı, qeyri-ixtisas müəllimləri olan şəxslər nəzarətçi kimi cəlb olunurlar. İmtahan qaydalarına və universitet rəhbərliyinin əmrinə uyğun olaraq imtahan zamanı tələbələrə 5 açıq sual təqdim olunur. İmtahanlar 80 dəqiqə ərzində başa çatdıqdan sonra həmin vərəqlər tələbələrdən nəzarətçilər vasitəsilə yığılır. Daha sonra isə nəzarət qrupunun iştirakı ilə imtahan yoxlanma qərargahından kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır. Zərurət yarandığı hallarda isə nəticələr başqa müəllimlər tərəfindən də yoxlanılır. Yoxlama çatdıqdan sonra cavab blankları şifrələrə uyğunlaşdırılaraq tələbələrin nəticələri elan olunur. Əgər hanısa tələbə nəticəsindən narazı qalarsa, apelyasiya komissiyasına müraciət edərək öz imtahan vərəqini yenidən yoxlada bilər”.



Universitetin tədris işləri üzrə prokretoru və universitet rektorunun müşaviri ilə imtahanların gedişinə baxmaq və müşahidə aparmaq üçün bəzi imtahan zallarına baş çəkdik.

Baş çəkdiyimiz və imtahan getdiyi auditoriyalardan birində Marketinq və menecment fakültəsinin tələbəsi Nazim Gəraylı imtahan və təhsil aldığı universitet haqqında fikirlərini bölüşdü: “İmtahanların suallarla tətbiqi çox yaxşıdır. Çünki insan yazarkən düşünür və yazır, bu insanın beyninin işləməsinə müsbət təsir edir. Oyektivliyə gəldikdə isə hər il olduğu kimi, bu dəfə də heç bir  qayda pozuntusu olmadan aparlır. Nəzarətçilər də çox diqqətli, ədalətlidirlər. İmtahan bitdikdən sonra vərəqlər imtahan yoxlama mərkəzində yoxlanaraq nəticələri həmin gün elan edilir. Əsas məqsəd bütün vərəqlərin doldurulması deyil. Çünki mövzudan kənar yazılan yazıların üstünə xətt çəkilir..

Olduğumuz digər imtahan zalında isə universitetin Tərcümə fakülətsinin 1-ci kurs tələbəıləri imtahan suallarını cavablandırmağa çalışırdılar. Fakültənin 1-ci kurs tələbəsi, hələ 11-ci sinifdə oxuyarkən İLETS dil sertifikatında imtahan verərək 7 bal toplayan Xəyalə imtahan haqqında öz təəssüratlarını belə bildirdi: “Xarici dilləri, əsasən da ingilis dilini öyrənənlərə tövsiyəm budur ki, mütləq insan öz üzərində işləməyi bacarmalı, daim yeni sözlər öyrənməyə can atmalıdır, hansı xairici dildə öyrənmək istəyirsə, həmin dildə kino və musiqilərdən faydalanmalıdır. Qrammatikadan əziyyət çəkən tələbələr də olur. Amma yetərincə çalışsalar,  əziyyətli olmaz. Bu universitetdə təhsil almağa qərar verməkdən peşman deyiləm. Çünki gördüyünüz kimi, imtahanlar həqiqətən də çox obyektiv şəkildə keçirilir. Gənclərə məsləhət verərdim ki, oxumaq və biliklərini davam etdirmək yolundan dönməsinlər.Mən 5-ci sinifdən ingilis dilində təhsil almağa başladım. 11-ci sinifdə İLETS imtahanı verib akademik səviyyədə 7 bal toplayaraq sertifikat almışam”.



Universitetin ictimai həyatında fəal iştirak edən və 3-cü kursda təhsil alan Tamerlan Əkbərov indiyə qədər bütün imtahanlardan "əla" qiymət alaraq təhsil haqqının ödənişindən tam azad olunub, hətta aylıq əlaçı təqaüdü də alır:
“Bu universitetdə tələbələrin hər biri üçün müsbət yöndə zəruri şəraitlər yaradılıb. Rektorumuz, millət vəkili Eldar Quliyev tələbələrlə görüşündə hər zaman deyir ki, "mən hər bir tələbənin rektoruyam". Yəni bu sözdən və bu cür dəstəkdən sonra bu universitetdə artıq oxumamaq günahdır. Universitet rəhbərliyinin diqqətini hər zaman biz tələbələr üzərimizdə hiss edirik. Artıq 3 ildir ki, əziyyətim və səyim nəticəsində indiyə qədər keçirilən bütün imtahanlardan "əla" qiymətlər alaraq, 2800 manat təhsil haqqıdan azad olunmuşam. Eyni zamanda aylıq 100 manat  əlaçı təqaüdü də alıram. Əlaçı tələbə yalnız mən deyiləm. Bizim universitetdə onlarla mənim kimi əlaçı olub, həm təqaüd alan, həm də təhsil haqqından azad olunanlar var. İmtahanlardan öncə imtahan sualları bütün tələbələrə paylanır. Həmçinin, imtahanlardan qabaq suallarla, materiallarla bağlı məsləhət, konsultasiya günləri və saatları müəyyyən olunur. Tələbələr bu konsultasiya saatlarıda müəllimlərlə imtahana düşəcək sualları əvvəlcədən müzakirə edirlər. Məncə imtahandan hansısa tələbə kəsilirsə deməli günah onun özündədir, oxumur ki, kəsilir”.



İmtahanları yaxından izləmək məqsədi ilə tələbələrin valideynləri də universitetə gəlmişdilər. Bu valideynlər arasında universitetin 4-cü kurs tələbəsi Safura Zeynalovanın da valideyini var idi. Valideyn Zülfiyyə Zeynalova bu gün övladının bu universitetdə təhsil almasında çox razıdır:
“Mən 4-cü kurs İqtisadiyyat fakültəsinin 296-cı a qrupunun tələbəsi olan  Safura Zeynalovanın anasıyam. Mənim özüm də müəllimə olduğum üçün bu prosesin içindəyəm. İmtahan başlayandan müşahidə aparıram və çox razıyam. Nəzarətçilər imtaha diqqətlə yanaşırlar. İmtahan suallarını proqrama uyğun tərtib edərək 1 ay qabaq tələblərə verirlər ki, hazırlaşa bilsinlər”.

İmtahan prosesini izləmək üçün gələn valideyn  Mahir Muradov da prosesin obyektiv və ədalətli olduğunu, övladının universitetdən həm təhsil və həm də mədəniyyət əldə etdiyini söyləyib: “Mənim qızım 4-cü kurs tələbəsidir. Təhsilindən çox razıyam, yaxşı oxuyur. İmtahanların gedişindən də razyıam. Hər şey tələbədən asılıdır. Ona görə ki, burada hər bir şərait yaradılıb. Sadəcə olaraq onlara oxumaq və yazmaq qalır. Oyektivlik tam qorunur. Universitetin həm təhsli və mədəniyyəti də məni ata kimi razı salır”.



Universitetin İqtisadiyyat fakülətsinin 4-cü kurs tələbi olan Rəhman Kazımovun da atası imtahana baxmaq və müşahidə aparmaq üçün gələn valideynlərin arasında idi. Tələbənin atası fikirlərini bizimlə bölüşərək oğluna verilən təhsildən çox razı olduğunu dedi: “Oğlum İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Dərs əlaçısıdır oğlum. Fəxr edirəm ki, övladım müəllimlərin sayəsində hazırlaşaraq bu səviyyəyə gəlib çatıb. İmtahan başlayandan burdayam. İmtahan çox obyektiv keçir. Problem yoxdur”.

Nəzarətçi, universitetin loborantı PərvanəAbbasova 5 ildir ki, imtahanları izləyənlərdəndir: “Artıq 5 ildir ki, universitetdə imtahanlarda nəzarətçi kimi iştirak edirəm. Hər dəfə imtahanlara nəzarət edəndə maksimum çalışırıq ki, imtahanlarda tələbələrə qarşı aqressiv olmayaq. Obyektiv olmaq, ədalətli davranmağa üstünlük veririk. Köçürtmə halları olasa, sual vərəqini tələbədən alaraq, onu imtahan zalından xaric edirik. Bu məsələ dekanlıq və imtahan nəzarət komissiysı tərəfidən araşdırılaraq, tədbirlər görülür. Tələbələrə öz fikirlərini tamlıqla, dolğun şəkildə yazmağa şərait yaradılır".



Azərbaycan Koorperasiya Universitetindəki imtahanları yaxında izləmək üçün “Acamdey Group” mərkəzinin təsisçilərindən olan Razi Vəliyev də düşüncələrini bölüşdü: “ Bu gün bu universitetdə əsas diqqətimi çəkən məsələ tələbələrin imtahan kağızlarının şifrələnməsi, kodlanması oldu. Yəni əgər hanısa müəllimlə tələbənin şəxsi münasibətləri varsa, artıq o müəllim həmin tələbənin yazısını tanımıyacaq və burada tərəfkeşlik olmayacaq. Bu da şəffaflıqdan xəbər verir. Təklif və şikayətlər qutusunun olması da çox yaxşıdır. Çünki əgər tələbənin hansısa təklifi varsa, yaxud nədənsə şikayətçidirsə, bu qutuya yazıb ataraq öz düşüncələrini bildirə bilər. İmtahanların keçirilməsində ümumi mənzərə çox yaxşı idi. Mən istərdim ki, bu universitetin beynəlxalq əlaqələri genişlənsin. Çünki bu ili cənab prezident "Multikultralizm ili" elan edib. Ona görə də bu il universitetin beynəlxalq əməkdaşlığı genişlənsə, daha da yerinə düşmüş olar”.


“Zirvə” Hazırlıq Kurslarının həmtəsisçilərindən Ceyhun Musayev olan Ceyhun Musayev də universitetdə keçirilən imtahanlara baxmaq üçün gələn qonaq arasında idi. Ceyhun Musayev keçirilən imtahanların yüksək səviyyədə təşkil olunduğunu və tələbələrin imtahan zamanı sualları maksimum cavablandırmağa çalışdıqlarını söylədi: “Mən "Zirvə" hazırlıq kurslarının həmtəsisçilərindən biriyəm. Onu qeyd edim ki, imtahan zallarında tələbələrin ciddi şəkildə imtahanlara motivasiya olunduqlarını hiss etdim. Ümumən tələbələrin hazırlıq səviyyəsi çox yaxşı idi. Çünki imtahan zamanı 5 sualdan ən azı 3-4 suala cavab yazırdılar. Tələbələr də bu gün danışdılar. Biz onların da imtahanla bağlı fikirlərinin müsbət olduğunu gördük”.





















A
ğa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü