16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Bakının məşhur qonaqları: Xalq artisi Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi - FOTOLAR+VİDEO
Bakının məşhur qonaqları: Xalq artisi Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi - FOTOLAR+VİDEO
21.02.2016, 11:26

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının keçmişində, insanların xatirələrində silinməz izlər qoyub… 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə Azərbaycan və Tacikistan SSR-in xalq artisti olmuş, yaxın Şərq ölkələrinə məxsus  mahnıların mahir ifaçısı, bir neçə il Bakıda yaşamış məşhur tacik müğənnisi Leyla Şərifovadan bəhs edəcəyik.
Həmin Leyla Şərifova ki, təsadüfən ona “Şərq bülbülü” adına verməmişdilər...

O, 22 iyun 1931-ci il tarixində Tacikistanda doğulub. Bu ölkədə yaşayıb, boya-başa çatıb, səsinin gözəlliyi, yüksək ifa tərzi sayəsində Tacikistanın xalq artisti adına layiq görülüb.

Onu yaşlı və orta nəsil azərbaycanlılar yaxşı xatırlayarlar. Keçmiş SSRİ-nin tərkibində olduğumuz ötən əsrin 80-ci illərində AzTV ekranlarından Leyla Şərifovanın canlı ifaları tez-tez səslənərdi. “Oxuyur Leyla Şərifova” təqdimatından sonra ekranda görünən ecazkar səsli, yaraşıqlı müğənninin o zaman azərbaycanlı deyil, tacik olduğunu bilənlər də vardı, bilməyənlər də... O, Azərbaycanda yaşadığı illərdə mahir ifası sayəsində “Xalq aristi” fəxri adına belə, layiq görülə bildi...



Leyla Şərifova uzun müddət ölkəmizdə yaşasa da, bu gün onun haqqında məlumatlar demək olar ki, yox dərəcəsindədir. Bəzi məlumatlara görə, vətəni Tacikistandan küsüb Bakıya gəlmiş Leyla Şərifovanın ikinci dəfə ərə getdiyi adam İran şahı Rza Pəhləvinin şəxsi həkimi, digər məlumatlara görə isə şahın tərcüməçisi olub. Amma bu məlumatları təkzib edənlər də var.

Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.

Bu barədə Səməd Kələntərli bibisi Münəvvər Kələntərli barədə xatirələrini danışarkən bildirib.

“Bibim Tacikistanda olanda oranın xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra Leyla xanım bura gəlmişdi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın bibimin evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar, Leyla Şərifova Almaniyada yaşayan zaman deyirdi: “Mənim orada bir anam var idi””.

Xalq artisti Flora Kərimova isə Leyla Şərifovanın Azərbaycana tamam başqa məqsədlə gəldiyini deyir.

“O, “Dan ulduzu” ansamblının ilk solisti olub. O zaman Leylanın səsinə, ifasına vurulmuşdum. Şivəli bir qadın idi və artıq Bakıya gələn zaman o, vətəninin xalq artisti idi. Düşündü ki, bura gələndə Azərbaycanın xalq artisti adını alar və ardınca da SSRİ xalq artisti olar. Doğrudur, Azərbaycan SSR-in xalq artisti adını ala bildir, amma SSRİ xalq artisti ola bilmədi. Onun əvəzinə Zeynəb Xanlarova Ermənistanın xalq artisti adını aldı və sonra SSRİ xalq artisti  oldu”.

Leyla Şərifovanın Azərbaycanda çox qaldığını deyən Flora Kərimova onunla konsertlərdə rastlaşdığını bildirib.

“Caduya-pitiyə çox inanırdı. Üstündəki sancaqlarda dualar olurdu. O, paltarını dəyişəndə üstündə o qədər dua olurdu. Tacikistanda belə şeylərə çox inanırdılar. Bir dəfə dualar barədə ondan soruşduq, dedi ki, “özümü qoruyuram”. Leyla xanım bura gələrkən ona vəd vermişdilər, amma SSRİ xalq artisti adını ala bilmədiyinə görə, Bakıdan küsüb Almaniyaya getdi. Sonra bilirəm ki, Almaniyada konsert verməyə davam edirdi. Amma əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı”.



Tarzən Ramiz Quliyevin
sözlərinə görə, Leyla Şərifova yeni bir səs, ifa tərzi ilə Azərbaycan mahnılarının vurğunu olan Leyla Şərifova qısa müddətdə diqqəti özünə cəlb edə bilib.

“Bakıya gələn kimi Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı onu himayəyə götürdü. Azərbaycan Televiziyası ona xüsusi qayğı göstərdi. Onunla bərabər çıxışlara gedirdik. Bir neçə dəfə Respublika Sarayındakı konsertlərdə iştirak etdi. Daha sonra Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” ansambılında çıxış etməyə başladı. Bu iki ansambl o xanımın sevilməyinə, inkişaf etməyinə yüksək səviyyədə təkan verdi. Çox yaxşı istedadı var idi”.

R.Quliyev də bildirib ki, Leyla Şərifova Bakıda uzun müddət qalıb və sonra qızı ilə birlikdə Almaniyaya köçüb.

“Konsertdən doymurdu. Deyirdi ki, “gərək Bakıda anadan olardım. Çünki burada yaradıcılıq üçün geniş şərait var”. Deyirdu ki, Tacikistan yalnız milli geyimdə çıxış edirlər, amma burada həm milli, həm Avropa geyimləri geyinə bilir. Özünə diqqət edən xanım idi. Gec də olsa, xöşbəxtliyini Azərbaycanla bağlayırdı. Azərbaycan xalqından o qədər mehribanlıq görürdü ki, səhnədən düşmək istəmirdi. Qastrol səfərlərini çox sevirdi, Azərbaycan adından təmsil etməyi sevirdi”.

Leyla Şərifova haqqında ən çox bilgiyə sahib olan isə “Xatirə” xalq çalğı alətlərinin bədii rəhbəri olmuş Adil Bağırovdur. Adil müəllim bizimlə söhbətdə Leyla Şərifova haqqında daha geniş danışdı. Onun sözlərinə görə, tacik müğənnisi 1978-80-ci illərdə Bakıya köçmüşdü.

“Bakıya gəldiyi vaxtdan gedənə kimi bizim ansamblla işlədi. O, bizim məşqlərə, oxuduğu mahnılara xüsusi diqqət edirdi. Çox dəqiq xanım idi. Hər şeyin yerini bilirdi. Hətta bütün konsertlərlə, çəkilişlərlə, dekarasiyalarla maraqlanırdı. Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnıları ilə bərabər, dünya xalqlarının bəstələtini də ifa edirdi”.

A.Bağırov qeyd edir ki, Bakıda təxminən 8 il yaşadıqdan sonra Leyla Şərifova Almaniyaya köçməli olub. Lakin A.Bağırov tacik müğənnisinin küsüb getməyini xatırlamır, deyir ki, Leyla xanımın həyat yoldaşı Almaniyaya köçdüyü üçün o da getmək məcburiyyətində qalıb.



“Onun yoldaşı əfqanıstanlı idi, o Almaniyaya köçdüyü üçün Leyla xanımı da özü ilə apardı. Və beləliklə də əlaqəmiz kəsildi. Bir vaxtlar sonra rəhmətlik müğənnimiz Gülağa Məmməmədov mənə yaxınlaşdı ki, bəs Almaniyadan, Leyla Şərifovadan məktub gəlib. Xahiş edib ki, bu nömrəyə zəng edib. Leyla xanıma zəng etdim, danışdıq. Mənə təklif etdi ki, ansabamlı yığıb Almaniyaya konsert verməyə gedim. Razılaşdıq və beləliklə uzun müddət Almniayda onunla birlikdə konsertlər verdik. Tez tez zəngləşir, danışırdıq. Daha sonra mənim səhhətimdə yaranan problemlərlə əlaqədar Almaniyaya gedə bilmədim. Sonra eşitdim ki, Leyla xanım da xəstələnib. Bir müddət sonra görüşlərimiz, əlaqələrimiz kəsildi.

Hal-hazırda ondan zəng almıram, özüm də zəng etmirəm. Bilmirəm vəziyyəti necədir”.

Adil Bağırov Leyla Şərifovanın vətəni Tacikistandan küsüb Bakıya gəlməsi barədə məlumatlara inanmadığını deyir.

“Əksinə, Tacikistanda olan qonşusu böyük vəzifəli adam olub. O adam Bakıya gəlib Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə işlədi. Leyla xanım da Bakıya köçəndə onunla əalqələrini davam etdirirdi. SSRİ dövründə xaricə çıxmaq çətin idi və həmin vaxtlarda onun vasitəsilə bizə xaricdə konsert verməyə kömək edirdi. Leyla xanım Tacikistandan küsüb gəlməmişdi”.

A.Bağırovun sözlərinə görə, Leyla Şərifova Bakıda yaşadığı zaman Nərimanov rayonunda ev də alıbmış.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, Leyla Şərifova İran şahının tərcüməçisiylə evlənib. Amma Adil Bağırov bu haqda deyilənləri də inkar edir.



“Onun yoldaşı əfqan milliyətindən olan qohumu idi. Uzaqdan gəlmişdi. Bakıdakı köhnə “Moskva” mehmanxanasında toyları oldu. Bir müddət Bakıda yaşadılar. Toydan 1 il keçəndən sonra Almaniyaya getdilər. Onun qızı da burada Xalq Təsərrüfatı İnstitutunda oxuyurdu. Almaniyaya getdikdən sonra əlaqələrimiz davam edəndə hələ də əfqan yoldaşı ilə yaşayırdı”.

Adil Bağırov qeyd edib ki, Leyla Şərifova Bakıda keçmiş Kirov parkında, eyni zamanda dənizqırağı bulvarda olmağı sevirdi.

“Leyla xanım yaxşı yeməklər bişirirdi, məni də  dəvət edirdi. Çox vaxt isə bu dəvətlər çərçivəsində mahnılar barədə söhbət edirdik. Əli hər yerə çatırdı, dostları çox idi. Nəsə problem olanda deyirdi ki, “narahat olma, mən həll edəcəm””.

Modern.az saytının araşdırması zamanı o da məlum olub ki, 85 yaşlı Leyla Şərifova hazırda Almaniyanın Düsseldorf şəhərində yaşayır.
2011-ci ildə Tacikistan prezidenti İmamoli Rahmon Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub.

Leyla Şəriova Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblana rəhbərlik edir. Eyni zamanda o, Almaniyadakı əfqan və İran diasporunun rəhbərlərindən biri sayılır...




Aytən ZƏHRA

***

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
http://modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
http://modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
http://modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
http://modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” – LAYİHƏ
http://modern.az/articles/85561/1/

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ
http://modern.az/articles/86485/1/

Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı? - LAYİHƏ
http://modern.az/articles/87046/1/

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi – LAYİHƏ
http://modern.az/articles/88189/1/


Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR
http://modern.az/articles/88791/1/
 

Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?..
http://modern.az/articles/89838/1/
 

Bakının məşhur qonaqları: “KQB”nin izlətdiyi Nazim Hikmət Bakıda ağlamışdı.. - LAYİHƏ
http://modern.az/articles/92522/1/

Bakının məşhur qonaqları: Orxan Pamuk bakılı yazıçıyla şərt kəsdi...
http://modern.az/articles/95157/1/


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Edalet Teymurlu
21.02.2016, 22:15

L.Sherifova haqqinda deyirdiler ki,onu sovet keshfiyyatinin emekdashlari Efqanistandan tapib getiribler,hetta onun kimsesiz bir qiz oldugu barede de sohbetlere rast geldim.Sesine vurgun oldugum ucun onunla maraqlandim.Leyla haqqinda o zamanlar <> jurnalinda da<< ustuortulu>> bir povest var idi.Guya bu qiz sovet heyat terzine asanca oyreshmeyib.Amma tehsile tez alishib.Onun Bakiya gelishi,guman ki o zamanki KQB-nin eli ile olub.Ele qizinin Bakida tehsil almasi da buna bir isharedir.Onun erinin Respublika xestexanasinda calishan bezi hekimler ile ilishkisi var idi.Muammali shekilde Bakini terk etdi.Elbette,bu da KQB ile bagli bir mesele ola bilerdi.Bu mesele sovetin Efqanistan siyaseti ile,cox guman ilgili idi.

Nazim Nəsrəddinov
21.02.2016, 23:37

Yaxşı yazıdır.Müəllifə təşəkkürlər.... 21.02.2016

Nazim
22.02.2016, 20:19

Yazıda bəzi qeyri-dəqiqliklər var. Leyla Şərifova Bakıya 60-cı illərin axırlarında gəlmişdi. Qızı da tibb instititunda oxuyurdu. Leyla xanım yaxşı müğənni idi, yaraşıqlı da xanım idi, amma SSRİ xalq artisti adını almaqda Zeynəb xanımla ayaqlaşa bilməzdi, bu fikirdə bir qədər mübaliğə var.

iman
23.02.2016, 06:21

Yaxşı yazıdır.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Tbilisidəki partlayışda 3 nəfər öldü
16.01.2019, 22:19

Tbilisidəki partlayışda 3 nəfər öldü

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ
16.01.2019, 16:26

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   
16.01.2019, 16:18

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16.01.2019, 16:17

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 
16.01.2019, 16:13

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16.01.2019, 16:09

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16.01.2019, 16:03

“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

ARXİV