Qalmaqallı müğənni Şinned O'Konnor bəyan edib ki, özünü öldürəcək. Modern.az xarici mediaya istinadən bildirir ki, Çikaqo polisinə zəng vuran qohumları ifaçının özünü körpüdən atmaq istədiyini xəbər veriblər.
Depressiyadan əziyyət çəkən Şinned O'Konnor ötən ay da intihar edəcəyi haqda danışıb. O vaxt qohumları onu hotellərdən birində tapmışdılar.
Modern.az