“Avro-2016”nın 1/8 final mərhələsi çərçivəsində günün sonuncu görüşü Belçika və Macarıstan millisi arasında keçirilib. Modern.az saytı xəbər verir ki, oyun Belçika yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb. Birinci hissədə 1 qol üstünlüyə malik Belçika yığması ikinci hissədə daha 3 qol vuraraq 4:0 hesablı qələbə qazanıb. Beləliklə, Belçika da Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.
Modern.az