Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Araşdırma aparılır.
Gülşən RAUFQIZI