Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən Tovuz su anbarında çimərkən batan gəncin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Hümmətov Yaşar Əziz oğlunun cəsədi batdığı yerdən 10 m aralıda aşkar edilib və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Tovuz rayonunda 22 yaşlı gənc göldə çimərkən batıb.
Modern.az