Misir parlamentinə müzakirəyə çıxarılmaqüçün “erməni soyqırımı” haqqında qətnamə daxil olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, qətnaməni parlamentin sədri Əli Abdal Əliyə deputat Mustafa Bəkir təqdim edib.
Sənəddə 1915-1922-ci illərdə Osmanlı İmperiyası zamanı baş verənlərin qondarma “erməni soyqırımı” kimi tanınması istənilir. Qətnamədə beynəlxalq ictimaiyyətə də eyni niyyətli çağırış edilir.
Qətnamənin qəbulu üçün parlamentdəki mütləq çoxluğun dəstəkləməsi lazımdır. Misir parlamentinin 586 deputatı var, qətnamənin altından 337 nəfər imza atıb.
Modern.az