Politoloq Fərhad Mehdiyevin ailəsində bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, bu barədə Fərhad Mehdiyev Facebook hesabında yazıb.
O bildirib ki, qızı eyvandan yıxılıb və hazırda vəziyyəti ağırdır:
“Balaca qızım 2-ci mərtəbədən yıxılıb. Vəziyyəti ağırdır. Respublika Diaqnostika Mərkəzinə gətirmişəm. Burda ona baxacaq həkim yoxdur. 103-ə zəng edirik gəlsinlər başqa yerə aparsınlar. Bu da RDM, bu da səhiyyənin vəziyyəti”.
Modern.az