Bu gün futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində ilk oyununa çıxıb. Modern.az saytı xəbər verir ki, ilk oyunda komandamız səfərdə San Marino komandasının qonağı olub. Qarşılaşmada hesab oyunun 45-ci dəqiqəsində açılıb. Millimizin oyunçusu Ruslan Qurbanovun vurduğu qol oyunda yeganə olub. Bununla da milli komandamız ilk oyununu qələbə ilə başa vurub.
Modern.az