Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 2017-2018-ci illərdə məhsul istehsalına başlayacaqlar. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, parkın ən iri rezidentlərindən biri SOCAR Polymer 2017-ci ilin ikinci yarısından sınaq istehsalına başlayacaq. 2018-ci ildən isə tam istehsal gücü ilə işləyəcək.
Modern.az