Modern.az

Dillər Universitetində qalmaqal - Şəfaqət Kazımova: “İşimin başındayam”

Dillər Universitetində qalmaqal - Şəfaqət Kazımova: “İşimin başındayam”

27 Oktyabr 2016, 17:41

Jurnalist Araz Ağayevin Azərbaycan Dillər Universitetinə (ADU) təyinat almasından sonra təhsil müəssisəsinin mətbuat katibi Şəfaqət Kazımovanın aqibəti sual altına düşüb.

 

Belə ki, bundan sonra Ş.Kazımovanın vəfəsindən uzaqlaşdırılacaqğı fikirləri yayılmışdı.

 

A.Ağayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O deyib ki, Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, struktur dəyişikliyi baş verib.

 

Onun sözlərinə görə, struktur dəyişikliyi nəticəsində əvvəlki İctimiayyətlə əlaqələr depatamentinin əvəzinə İnformasiya depatamenti yaradılıb:

 

“İctimaiyyətlə əlaqələr şöbə olaraq İnformasiya departamentinin tərkibində fəaliyyətini davam etdirəcək. Şəfaqət Kazımova da öz vəzifəsində qalacaq. Jurnalistlər sorğularını həm mənə, həm də Şəfaqət xanıma göndərə bilərlər”.

 

Məsələ ilə bağlı Şəfaqət Kazımova Modern.az-a hər zamankı kimi işinin başında olduğunu bildirib:

“Jurnalist həmkarlarım hər zamanki kimi müraciət edə bilərlər”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok