Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda təhlükəni artırıb. Şamaxı yollarında buzlaşma avtomobillərin hərəkətinə ciddi təsir edib. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, 2 gündür davam edən şaxtalı hava əsasən magistral yollara öz təsirini göstərib. Şamaxı-Ağsu, Şamaxı-Pirqulu yolu buz bağlayıb.
Axşam saatlarında yolda hərəkət çətinləşib. Duman səbəbindən görmə məsafəsi 1-2 metirə enib. Sürücülər bir birinin ardınca ara məsafəsi saxlayaraq hərəkət ediblər.
Səhər saatlarından duman çəkilib.Temperaturun qalxması ilə yollarda olan sürüşkənlik yoxa çıxıb.
Modern.az