Modern.az

Binəqədidə dörd mağazada 63 kəsici-deşici alət aşkarlandı

Binəqədidə dörd mağazada 63 kəsici-deşici alət aşkarlandı

4 May 2024, 15:37

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində dörd obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 63 kəsici-deşici alət aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, eyni tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Xəzər, Nəsimi, Suraxanı və Xətai rayonlarında da həyata keçirilib.

 

Həmin rayonların ərazisindəki 5 mağazadan isə insan sağlamlığına xəsarət yetirmək təyinatına malik 78 bıçaq və digər kəsici alətlər götürülüb.

 

Maddi sübut kimi götürülən ümumilikdə 141 soyuq silahla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, paytaxtın Binəqədi və digər rayonlarında satış üçün nəzərdə tutulan kəsici-deşici alətlərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi