Modern.az

Komitə sədri Parisə niyə gedir?

Komitə sədri Parisə niyə gedir?

Aktual

5 Dekabr 2016, 09:50

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün  dekabrın 6-da Fransanın paytaxtı Parisə  səfərə gedəcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq.

 

İclasda millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

 

Səfər dekabrın 11-də başa çatacaq.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok