Modern.az

İldırım dəfndə 6 nəfəri öldürdü

İldırım dəfndə 6 nəfəri öldürdü

Aktual

19 Yanvar 2017, 10:09

Zimbabvenin qərbindəki Şimali Matabelenda əyalətindəki dəfn mərasiminə gələn 6 nəfər ildırım vurması nəticəsində ölüb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, faciə kənd sakinlərinin liderin bacısının dəfni zamanı baş verib.  Mərasim zamanı leysan yağmağa başlayıb, bu zaman ildırım evə düşüb.

 

Bina yansa da, heç kim xəsarət almayıb.

Növbəti ildırım yağışdan qorunmaq üçün adamların altına sığındığı ağacı vurub. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yanıq xəsarətləri alıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok