Modern.az

Sabirabadda 6 otaqlı ev yanıb

Sabirabadda 6 otaqlı ev yanıb

20 Yanvar 2017, 09:46

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok