Fevralın 24-də Bakı olan üç nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun saxta viza düzəldərək aldatma yolu ilə onlardan ümumilikdə 3476 manat pul aldığını bildiriblər.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, A. Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq və əməliyyat tədbirləri aparılır.
Modern.az