Gədəbəy sakini özünü güllələyib. Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, fevralın 24-də Gədəbəy rayonunun Turşsu kəndində kənd sakini Ayaz Cəfərov ehtiyatsızlıqdan tüfəngdən açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Gədəbəy RPŞ əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tüfəng A.Cəfərovdan götürülüb.
Modern.az