Gündüz saatlarında Qazaxda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 416 m2 olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 1 otağın tavanı 9 m2 sahədə və pilləkən qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az