Bu gün Fransada prezident seçkilərinin birinci turunun səsverməsi keçiriləcək.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 45 milyondan artıq fransalı seçici mayın 7-də prezident kürsüsü uğrunda mübarizə aparacaq iki namizədin adı müəyyən edəcək.
Seçki məntəqələrinin qapıları Fransanın Avropa hissəsində Paris vaxtı ilə saat 08:00-da açılacaqdır. Ölkənin xaricdə yerləşən ərazilərində saat fərqinə görə səsvermə aprelin 22-si başlayıb.
Fransanın ali siyasi postu uğrunda seçkilərinin favoritləri kimi "Marşda" hərəkatının banisi Emmanuel Makron və "Milli cəbhənin" lideri Marin Le Pen qeyd olunurlar.
Modern.az