Modern.az

AŞPA sədri: "Suriyaya səfərim yanlış addım idi"

 AŞPA sədri: "Suriyaya səfərim yanlış addım idi"

24 Aprel 2017, 14:42

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında bəyan edib ki, Suriyaya səfəri yanlış addım idi.

Modern.az-ın məlumatına görə, P.Aqramunt qeyd edib ki, nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edir.

O bildirib ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb:

"Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim".

Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞPA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, Prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok