Qaxda intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb. Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.
Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Modern.az