Bu gün İsveçrənin Sürix şəhərində Avropa Liqasının 2017/18 mövsümünün II təsnifat mərhələsinin püşkatması keçirilib.
Modern.az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. "Qəbələ" I mərhələdə mübarizə aparacaq "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.
Mirmahmud KAZIMOĞLU