Modern.az

Azərbaycan NATO toplantısında iştirak edəcək

Azərbaycan NATO toplantısında iştirak edəcək

Aktual

28 İyun 2017, 12:17

Azərbaycan NATO toplantısında iştirak edəcək. Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

 

Nazir Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün artıq Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!