Bədən Tərbiyəsi və İdman Akademiyası bu il ixtisaslarla bağlı ciddi dəyişikliklər edib.
Modern.az-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının yeni sayında qeyd edilib.
Əvvəl bədən tərbiyəsi olan ixtisaslar indi MƏŞQÇİ adı altında (idman növləri üzrə) abituriyentlərin öhdəsinə verilib.
Bundan əlavə, burda ilk dəfə olaraq, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) ixtisası açılıb.
Bu ildən etibarən ilk dəfə olaraq, II ixtisas qrupu üzrə Akademiyada idman menecmenti və komunikasiya ixtisası üzrə bakalavr hazırlığı həyata keçiriləcək.
Bundan əlavə, IV ixtisas qrupu üzrə Bədən tərbiyəsi və idmanda reabilitasiya adlı yeni ixtisas seçimi də abituriyentlərə təqdim olunub
Mirmahmud KAZIMOĞLU