Xaçmaz rayonu, Nabran istirahət zonasında 24 yaşlı gəncin meyit tapılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Abdullayev Nicat Mirpaşa oğlunun meyiti istirahət etdiyi istirahət mərkəzində aşkar edilib.
Onun hansı şəraitdə öldüyü təyin olunan müvafiq ekspertizadan sonra bilinəcək. Faktla bağlı araşdırma aparılır.
Modern.az