Sabunçuda dənizdə çimərkən batan şəxs xilas edilib.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:15-də başa çatıb.