Almaniya kansleri Angela Merkel Şimali Koreya ilə ABŞ arasında müharibə başlayarsa, Berlinin buna qarşı olacağını deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli qəzetlərdən birinə müsahibə verən xanım siyasətçi sülh əldə etməyin mümkünlüyünü dilə gətirib.
“Tam açıq deyirəm: yox. Şimali Koreya məsələsinin hərbi yolla həllini görmürəm və bunu tamamilə mümkünsüz sayıram. Düşünürəm ki, diplomatik həll yolları tam çözülməyib”.
Şimali Koreya və ABŞ arasında gərginlik ən yüksək səviyyəyə çatıb.