Modern.az

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq

20 Sentyabr 2017, 14:48

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət Komitəsinin payız sessiyasının iş planına daxil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında bildirilib.

 

İclasın gündəliyinə 4 məsələ - Komitənin 2017-ci il yaz və nöbədənkənar sessiyasının yekunlarına dair işlər barədə, Komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı, "Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi və "Heyvanlar aləmi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi daxil edilib.

 

Bildirilib ki, parlamentin Aqrar siyasət Komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə 7 iclas keçirilib və 14 qanun və qərar qəbul edilib.

 

Payız sessiyasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi dekabrda müzakirə olunacaq. "Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik isə "Elm haqqında" qanuna qanuna uyğunlaşdırma məqsədi daşıyır.

 

Dəyişikliyə əsasən, heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçiriləcək və "Elm haqqında" qanuna uyğun olaraq maliyyələşdiriləcək.

 

Qeyd edək ki, hazırda heyvanlar aləminin elmi təminatı müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. Və məqsədli proqramlar əsasında dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok