Modern.az

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

2 Noyabr 2017, 15:40

Noyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, açılış  nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.

 

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bayramın adət-ənənələri və əfsanələri, bayramın kulinariya simvolu olan beş qatlı tort – “chunyang gao”nun hazırlanması, qədim mərasimlərin müasir dövrdə inkişafı haqqında məlumat verib.

 

 

Daha sonra Çin fleytasında Orta əsrlər dövrünün məşhur şairi Tau Yuanminin bayramın simvollarından sayılan çiçəklənən xrizantemaları tərənnüm edən ənənəvi melodiyaları-hulusilər səsləndirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var