Modern.az

Türkiyədə 473 nəfər zəhərləndi

Türkiyədə 473 nəfər zəhərləndi

13 Dekabr 2017, 11:06

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

 

Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.

 

Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, daha öncə 190 tələbənin xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılnmışdı.

 

Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok