Danimarkada 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcək.
Modern.az-ın məlumatına görə, Danimarka Səhiyyə nazirliyi tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.
Proqram 4 il müddətinə nəzərdə tutulub, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər.