Xəbər verdiyimiz kimi, dünən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Onun ürəyində narahatlıq yarandığı söylənilib.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin səhhətində yaranan problemlə bağlı Yeni Azərbaycan Partiyasının mövqeyini öyrənməyə çalışdıq.
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bunları deyib:
“Hər bir xəstə insana ancaq Allahdan şəfa diləyə bilərik. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə səhhətində yaranmış problemlə bağlı “Allah kömək olsun” deyirik”.
Qeyd edək ki, İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur.