Modern.az

Mayalılara məxsus gizli şəhər aşkarlanıb

Mayalılara məxsus gizli şəhər aşkarlanıb

3 Fevral 2018, 11:36

Mərkəzi Amerika ölkəsi Qvatemalada meşənin altında mayalılara aid böyük bir gizli şəhər aşkar olunub.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qvatemalanın  Peten bölgəsində lazer texnologiyası istifadə edilərək ortaya çıxarılan şəhərdə evlər, saraylar, yollar və müdafiə zolaqları var.

Ölkədə böyük bir kəşfi reallaşdıran araşdırmaçılar 2100 kilometr ərazini əhatə edən şəhərə xəritə çəkiblər. 60 min evin tapıldığı gizli şəhərdə 1 milyondan çox insanın yaşadığı təxmin edilir.

“National Geographic” kəşfdə istifadə olunan “Lidar” lazer texolgiyasının arxeologiyada bir inqilab olduğunu  nəzərə çatdırıb. Bəzi arxeoloqlar isə yeni texnologiyanı sehr adlandırıb. “Lidar”ın adi insan gözüylə görünməyəni ortaya çıxardığını iddia edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək